Avrasiya İnnovasiya Günü 2019

About Event

2019-cu ilin oktyabr ayında Huawei şirkəti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün təşkil etdiyimiz “Avrasiya İnnovasiya Günü” tədbirinin təşkilində böyük komanda ilə güclü qravitasiya yaradıb, mükəmməl nəticə əldə etmişik.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi “InnoWeek - İnnovasiya həftəsi”nin ən önəmli tədbiri olan “Euroasia İnnovation Day”də dünyaca məşhur beyin mərkəzlərinin işçiləri, mütəxəssislər, elm adamları, media nümayəndələri və bölgənin İKT sektorundakı tərəfdaşları da daxil olmaqla 200-dən çox qonaq iştirak etmişdir.

İştirakçılar Avrasiya bölgəsində rəqəmsal iqtisadiyyatın inkişafını artırmağın yollarına dair birgə müzakirələr aparıb, həmçinin bu platformadan istifadə edərək Avrasiya bölgəsində rəqəmsal iqtisadiyyatın yüksək keyfiyyətli inkişafının sürətlənəcəyinə əsaslanaraq innovativ texnologiyaların, məsələn 5G, bulud hesablama və sair ictimai xidmətlər, enerji, təhsil və nəqliyyat kimi sahələrdə istifadəsini nümayiş etdiriblər. Tədbirin ardıyca baş tutan “Innovation Awards Gala” mükafatlandırma mərasimində isə “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri” kimi nominasiyalar üzrə qaliblər elan edilmişdir.

Bu tədbir üçün hazırlanmış materialları sizinlə bölüşməkdən kosmik dərəcədə qürur duyuruq!

Client: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Video Report

Backstage Video

Backstage Photos