Xidmətlərimiz

Tədbir Təşkili

Həm rəsmi, həm əyləncə, həm sosial, həm də kommersiya məqsədli korporativ tədbirlərin təşkil olunmasındakı uğurlarımızı eşitməmiş olmazsınız. Bu uğurlarımız arasında həm yerli, həm də beynəlxalq layihələr mövcuddur. Beynəlxalq əhəmiyyətli və innovativ tədbirlər qüsursuzluq tələb edir. Bu qüsursuzluq isə planlı idarəetmə, innovativ və yaradıcı həll yollarından asılıdır.


Biz hər addımı analiz edir, problemləri öncədən görür və düzgün həll yollarını təqdim edirik! Buna görə də, bizim üçün bu sahədə keçilməz əngəl, çıxılmaz yol yoxdur.

Brendinq & Dizayn

Dizaynerlərimizdən istəyə biləcəklərinizin limiti yoxdur. Brendinq, 3D, qrafik, “mouşn” dizayn işləri, o cümlədən, jurnal və ya qablaşdırma dizaynları – istəyiniz hər nədirsə, dizaynerlərimiz bunun öhdəsindən asanlıqla, eyni zamanda peşəkarlıqla gələcəklər.

 

Hər layihənin fərqli olduğunu başa düşürük. Buna görə də biznesinizi önə çıxarmaq və rəqiblərinizdən fərqləndirmək üçün istəklərinizə dinləyir və mesajınızı istifadəçilərə ötürmək üçün mümkün olan vizual həll yolunu tapmağa kömək edirik!

İstehsalat

Videoqrafiya sahəsində öyünmək əlbəttə haqqımızdır! İllərdən bəri topladığımız təcrübə və biliklərimiz buna imkan yaradır. Reklam çarxları, qısa filmlər və müxtəlif növ video çarxları hazırlayarkən öz işimizdən zövq alırıq.


Videoqraf və fotoqraflarımız kameranı əllərinə aldıqda dünyanı hər kəsdən fərqli görürlər. Komandamızın bacarığını və qabaqcıl texniki imkanlarımızı birləşdirərək reklam çarxları, marketinq kampaniyaları, veb səhifə kontentləri və digər sahələr üçün lazım olan foto və video çəkilişlərini yeni mərhələyə daşıyırıq.

Vebsayt və Mobil tətbiq

Müştərilərimizin rəqəmsal dünyanın bütün potensialından istifadə edə bilməsi üçün veb layihələndirmənin lazım olan bütün sahələrində təcrübəmiz var. Veb səhifənizin kodlaşdırmasından başlayaraq veb dizaynına və kontentinə qədər hər bir detalının ideal olması üçün komandamız birlikdə çalışır.

Onların ortaq məqsədi isə saytınızın sadəcə axtarış motorlarında ilk sıralarda görünməsi deyil, həm də lazımi informasiyanı istifadəçilərə ən yaxşı formada çatdırmaqdır!

Rəqəmsal Marketinq

İnsanlar sizin işinizdən xəbərdar deyilsə, sizin müştəriniz ola bilməzlər. Sosial media platformaları isə müxtəlif reklam kampaniyaları və düzgün hədəfləmə ilə sizin müştəriniz ola biləcək minlərlə insanın qarşısına çıxmağınıza şərait yaradır. Bunun üçün isə detallı hazırlanmış strategiyaya ehtiyacınız var.


Biz məhsul və xidmətlərinizlə tanış olduqdan sonra onları əlimizin içi kimi bildiyimiz sosial media kanallarında və rəqəmsal platformalarda ən uyğun və yaradıcı formalarda təqdim edir, rəqəmsal dünyanın sizə xidmət etməsini təmin edirik.